BUZLAŞMADAN SONRAKI EPOXA (HOLOSEN)

(yun. holos-bütöv və kainos-yeni) Yerin geoloji tarixində Dördüncü dövrün sonuncu, hələ qurtarmamış hissəsini təşkil edən buzlaşmadan sonrakı əsr, müasir əsr. Onun başlanğıcı Avropanın şimalında son materik buzlaşmasının sonuna uyğun gəlir (10 min il əvvəl). B. s. e. iqlimin ardıcıl dəyişilməsi mərhələlərinə uyğun olaraq hissələrə ayırırlar. B. s. e. ərzində quru və dənizlər öz müasir şəklini almış, müasir coğrafi zonalar formalaşmış, subasar terraslar əmələ gəlmişdir. B. s. e. demək olar ki, 2/3 hissəsi tarixi dövrə düşür. последниковая эпоха Holocene, Postglacial Epoch
BUZLAŞMA SİKLİ
BUZLAŞMANIN MÜXTƏLİF YÜKSƏKLİK QİYMƏTİ
OBASTAN VİKİ
Epoxa
Epoxa (yun. έποχή — «dayanacaq») — təbiətdə, cəmiyyətdə, elmdə, incəsənətdə və s. sahələrdə mühüm fərqləndirici xüsusiyyətləri ilə səciyyələnən müəyyən dövr; inkişafda keyfiyyətcə yeni dövr. Tarixdə bu dövr dən az bir vaxtdır; məsələn, İntibah dövrü. Epoxial (lat. epoche – «duracaq») – dövr təşkil edən, çox mühüm, çox əhəmiyyətli, çox böyük. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Holosen
Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır). Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir. Beynəxalq Stratiqrafia Komissiyası tərəfindən Holosenin təxminən 11.7 min il əvvəl başladığı qəbul olunmuşdur. O Pleystosen və gec buzlaşma dövründən (gec buzlaşma dövrünə Şimali Amerikada Viskosinan, Avropada Veiçselia, Böyük Britaniyada Devensia, Çilidə Llanuihue və Yeni Zellandiyada Otria daxil edilir) sonra gəlir. Holosen əsas iqlim dəyişgənliyinə əsasən beş vaxt interalına və ya xronozonaya bölünür: • Preboreal (10 ka–9 ka) • Boreal (9 ka–8 ka) • Atlantik (8 ka–5 ka) • Subboreal (5 ka–2.5 ka) • Subatlantik (2.5 ka–indiyə qədər) ~ Qeyd: "ka" mənası "min il"-dir.
Holosen təqvimi
Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cü ili holosen təqviminin 12023-cü ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib. İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir. İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-cü ili h.e.12023-cü ilə uyğundur. David Ewing Duncan.
Sonrakı Tan
Sonrakı Tan — eyniadlı sülalə tərəfindən idarə olunan imperiya. Şatolar tərəfindən, Beş sülalə və on çarlıq dövründə qurulmuş ilk dövlətdir. Li Keyonun oğlu Li Çunşü tərəfindən qurulmuşdur. Dövlətin ömrü az olmuş, cəmi 13 il çəkmişdir. Başqa bir türk sülaləsi olan Sonrakı Cin sülaləsi tərəfindən devrilmişdir.
Pleystosen-Holosen epoxası
Pleystosen-Holosen epoxası Bakı, Xəzər (Gürgan), Xvalın və Yeni kaspi əsrlərini əhatə edir. Abşeron əsrində, xüsusilə onun axırlarında tektonik hərəkətlərin canlanması və relyefin inkişafının qalxan istiqamətinin güclənməsi pleystosenin əvvəllərində, daha doğrusu Bakı əsrinin əvvəllərində morfotektogenez proseslərin nisbi sakitliyi ilə əvəz olunur. Bu zaman Xəzər dənizi səviyyəsinin qısa müddətli qalxması nəticəsində Kür və qismən də Qusar-Dəvəçi çökəkliklərinə transqressiyası baş verir. Bununla yanaşı dənizin transqressiyası bəzi yerlərdə abşeron əsrinin sonlarındakı transqressiya sahələrini örtsə də onun maksimal transqressiyası hüdudlarına çatmır. Dənizin Bakı əsrinin sonundakı qısa müddətli reqressiyası Xəzər (Gürgan) əsrinin əvvəllərində transqressiya ilə əvəz olunur. Dəniz Samur-Dəvəçi ovalığını bütünlüklə örtür və ensiz körfəzlər şəklində Sital, Germian və b. çayların dərələri boyu quruya soxulur. Bu zaman Böyük və Kiçik Qafqazıda qalxmaının güclənməi ilə əlaqədar olaraq Kür çökəkliyinin kənar sahələri quruya çevrilir, ox hissəi isə Acınohur öndağlığının cənub tirəsi boyu uzanır. Gürgan əsrinin ortalarından etibarən Kür-Araz depressiyası intensiv çökməyə məruz qalır. Abşeron yarımadası ilə Girovdağ-Babazənan antiklinal zonası arasında mövcud olmuş, dayaz dənizdə, əsasən, palçıq vulkanlarının əmələ gətirdiyi adalar və tirələr yayılmışdır.
Sonrakı Peşmançılıq (1978)
Film daim qarşısına çıxanı qəzəbləndirən və sataşan axmaq və dəcəl ulaq haqqında söhbət açır. Lakin o təhlükə qarşısında qalanda və onun hərəkətlərindən cana doymuş canavar hirslənib ulağı yemək istəyəndə incidilmiş qoyunlar, keçilər və kirpi onun müdafiəsinə qalxırlar. Ulaq nəhayət başa düşür ki, xeyirxah və qayğıkeş olmaq lazımdır, hər hansı bir pislik gec və ya tez cəzalandırılır. Applikasiya filmidir. Film rus variantı saxlanılmışdır. Ssenari müəllifi: Kamal Aslanov Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhmən Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Cizgi rəssamı: Arne Axi, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi Fon rəssamı: Teymur Məmmədov Rəssam: Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Mahnı ifa edən: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sonrakı dövr (Misir)
Sonrakı (Liviya-Sais, İran) dövr e.ə. təqr. 1070–332-ci illərdə XXI–XXVI sülalələr hakimiyyət dövrü. Bu dövrdə Misirin xarici qüdrətinin zəiflənməsi və qonşu ölkələrin siyasi hakimiyyəti altına düşməsi ilə saəciyyələnir. E.ə. X əsrin sonunda (e.ə. təqr. 950–920-ci illərdə) Liviya mənşəli Şeşonk Misirdə hakimiyyəti ələ keçirərək XXII sülalənin əsasını qoymuş olur. Bu sülalənin fironlarının Asiyada fəal hərbi siyasət yeritmək və Misiri vahid dövlətdə birləşdirmək cəhdləri boşa çıxdı. E.ə.
Ölümdən sonrakı həyat
Ölümdən sonrakı həyat — din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyat. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir. Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı ən başda gələn fundament ruhun ölümsüzlüyü — əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnızca ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır. Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir.
Sonrakı peşmançılıq (film, 1978)
Film daim qarşısına çıxanı qəzəbləndirən və sataşan axmaq və dəcəl ulaq haqqında söhbət açır. Lakin o təhlükə qarşısında qalanda və onun hərəkətlərindən cana doymuş canavar hirslənib ulağı yemək istəyəndə incidilmiş qoyunlar, keçilər və kirpi onun müdafiəsinə qalxırlar. Ulaq nəhayət başa düşür ki, xeyirxah və qayğıkeş olmaq lazımdır, hər hansı bir pislik gec və ya tez cəzalandırılır. Applikasiya filmidir. Film rus variantı saxlanılmışdır. Ssenari müəllifi: Kamal Aslanov Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhmən Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Cizgi rəssamı: Arne Axi, Solmaz Hüseynova, Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi Fon rəssamı: Teymur Məmmədov Rəssam: Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Mahnı ifa edən: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Həyatdan sonrakı həyat (kitab, Reymond Mudi)
"Həyatdan sonra həyat: bədənin ölümü fenomenin tədqiqi" (ing. Life after life: The investigation of a phenomenon — survival of bodily death) — 1975-ci ildə nəşr olunan ölümə yaxın təcrübələr haqqında (ing. Raymond Moody)nin üç kitabından biridir. "Həyatdan sonra həyat" 13 milyondan çox tirajla satıldı, onlarla xarici dilə tərcümə edildi və beynəlxalq bestseller oldu, ölümə yaxın təcrübələr mövzusunu məşhur etdi və bir çox başqa araşdırmalara yol açdı. Kitab, ölümün nə demək olduğuna dair müəllifin ümumi hesabatıdır. Mudi ölüm öncəsi təcrübələrin ilk tədqiqatçılarından biri idi. Bu termini ilk o təklif emişdir və klinik ölüm keçirmiş 150 nəfərin sözlərindən ölüm öncəsi təcrübələri təsvir etmişdi. Klinik ölüm keçirmiş 150 xəstənin hekayələrinin təhlilindən Mudi hesabatlarda müntəzəm olaraq ortaya çıxan, daha çox xatırlanan hadisələrdən doqquzunu müəyyən etmişdi. Müayinə olunanların heç biri 9 hissin hamısını yaşamayıb. Bəziləri yalnız 2 və ya 3 duyğu yaşamış və təsvir etmiş, digərləri isə 5 və ya 6 duyğunun təsvirini vermişlər.